İŞİD-in Suriya və İraq üzrə lideri məhv edildi

İŞİD-in Suriya və İraq üzrə lideri məhv edildi
Gündəm 14 Mart 2025 20:12

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani deyib.

Onun dünyanın ən təhlükəli terrorçularından biri olduğu qeyd edilir.

Məlumata görə, İraq təhlükəsizlik qüvvələri əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.