FHN dumana görə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

FHN dumana görə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
Gündəm 13 Mart 2025 10:43

Fövqəladə Hallar Nazirliyi dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

  Bu barədə Sitat.info-ya nazirlikdən məlumat verilib.  Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.  Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.