Bu ərazilərdə güclü külək əsir

Bu ərazilərdə güclü külək əsir
Gündəm 06 Mart 2025 12:15

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata əsasən, bəzi yerlərdə qərb küləyi əsir.

Sarı xəbərdarlığa uyğun olaraq küləyinin sürəti Qobustanda 20 m/s, Goranboyda 19 m/s, Şəki və Naftalanda 18 m/s, Qusarda 16 m/s-yə çatıb.