ABŞ Ukraynaya maliyyə yardımı məsələsinə yenidən baxır

ABŞ Ukraynaya maliyyə yardımı məsələsinə yenidən baxır
Dünya 05 Mart 2025 23:42

 ABŞ administrasiyası Kiyevə yardımın maliyyələşdirilməsini nəzərdən keçirir.

Sitat.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

Ondan ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı xəbərləri şərh etməsi istənilib. “Ağ Evin Milli Təhlükəsizlik Şurası bununla bağlı mənə bildirdi ki, onlar Ukraynanın maliyyələşdirilməsini dayandırıb və yenidən nəzərdən keçirirlər”, - mətbuat katibi cavab verib.

Nigar,

Sitat.info