İstanbulda Rusiya-ABŞ danışıqları başa çatıb

İstanbulda Rusiya-ABŞ danışıqları başa çatıb
Dünya 27 Fevral 2025 18:28

İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar yekunlaşıb. 

Sitat.info xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rusiya nümayəndə heyəti altı saatdan çox sürən danışıqlar yerini şərhsiz tərk edib.

Nümayəndə heyətləri arasında iki ölkə səfirliklərinin işindəki problemlərə dair müzakirələr aparılıb.