Fransa XİN Rusiya konsulluğuna hücumu pisləyib

Fransa XİN Rusiya konsulluğuna hücumu pisləyib
Dünya 24 Fevral 2025 17:03

Fransa Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Marseldəki Baş Konsulluğuna hücumu pisləyib.

“Report” xəbər verir ki, bu barədə TASS-ın sorğusuna cavab olaraq idarənin mətbuat xidməti məlumat yayıb.

"Fransa diplomatik nümayəndəliklərin təhlükəsizliyinə hər hansı qəsdi pisləyir", - XİN-dən bildirib.

Xatırladaq ki, Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində partlayışlar baş verib.