Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO
SOSİAL 24 Fevral 2025 15:45

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb.

Sitat.info  xəbər verir ki, bu mərhələdə 95 nəfər (22 ailə) daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə köçürülüb.

Sakinlərə mənzillərin açarları təqdim edilib.

Bununla da bu günə qədər Ballıca kəndində 112 ailənin (562 nəfər) daimi məskunlaşması təmin olunub.