Təcili yardım tələbəni vurub öldürdü

Təcili yardım tələbəni vurub öldürdü
Gündəm 22 Fevral 2025 14:36

Goranboyda təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Borsunlu kəndindən keçən hissəsində baş verib.

Təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 21 yaşlı Cahangir Orucovu vuraraq öldürüb.

Mərhumun Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olduğu bildirilir.

Araşdırma aparılır.