Qarlı havada neçə nəfər xəsarət alıb?

Qarlı havada neçə nəfər xəsarət alıb?
HADİSƏ 22 Fevral 2025 13:40

Qarlı hava şəraiti ilə əlaqədar indiyədək 84 nəfər xəsarət alıb.

Bu barədə Sitat.info-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub", məlumatda qeyd edilib.