Ərəblər Biləsuvara ov korteji ilə gəldi! - "Qırmızı Kitab"a düşən quşları ovlayırlar - VİDEO
"Biləsuvarda ərəblərin qanunsuz ovu davam edir. Ov edən ərəblərin dünən paylaşdıqları videoda görünür ki, çobanların qış otlaqlarında maşınlar şütüyür, şahinləri qırmızı kitab növü olan bəzgəklərin arxasınca uçururlar"
Belə ki, ekoaktivistlər Biləsuvarda ərəblərin "ov korteji"ni müşahidə ediblər və baş verənləri videolentə alıblar, fotofaktlar toplayıblar.
Onlar ərəblərin özlərinin paylaşdıqları videonu da sübut kimi göndəriblər.
Maraqlı məqam odur ki, ərəblərin bu özbaşınalığına və qanunsuz ovuna kim və nəyin müqabilində icazə verib.
Həmin foto və videoları təqdim edirik:
Məğrur Salmanov,
Sitat.info