Pakistanda terakt: 1 ölü, 13 yaralı

Pakistanda terakt: 1 ölü, 13 yaralı
HADİSƏ 13 May 2022 09:57

Pakistanın Karaçi şəhərində təhlükəsizlik qüvvələrini hədəf alan bombalı hücum həyata keçirilib.

Sitat.info xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Hadisə zamanı bir neçə avtomobil də zədələnib.

Qruplaşmalardan heç biri partlayışın məsuliyyətini üzərinə götürməyib.

Faktla bağlı araşdırma aparılır.

/Axar.az