Bakıda itkin düşən kişinin meyiti körpünün altından tapıldı

Bakıda itkin düşən kişinin meyiti körpünün altından tapıldı
Gündəm 15 Fevral 2025 11:39

Bakıda körpünün altından kişi meyiti tapılıb.

Sitat.info  xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib.

Burada körpünün altından 65 yaşlı Malik Qürbət oğlu Məlikovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma zamanı mərhumun fevralın 11-də itkin düşdüyü məlum olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.