Barmağımız tətikdədir, İsrail hücum etsə... - Husi

Barmağımız tətikdədir, İsrail hücum etsə... - Husi
Gündəm 11 Fevral 2025 19:47

 

İsrail Qəzza zolağında döyüşləri bərpa edərsə, Yəməndəki husi üsyançıları ona qarşı hücumları bərpa etməyə hazırdır. 

Sitat.info xəbər verir ki, bunu qiyamçıların lideri Əbdülmalik Husi deyib.

“Barmağımız tətikdədir və əgər o, (İsrail –red.) Qəzzada hücumu bərpa edərsə, dərhal münaqişəyə girməyə hazırıq”, - deyə o bildirib.