Rusiyalı bloger həbsdən qorxub, müharibə getdi, öldürüldü

Rusiyalı bloger həbsdən qorxub, müharibə getdi, öldürüldü
Gündəm 02 Fevral 2025 09:15

Rusiyalı müxalif bloger Mixail Alferov Ukrayna müharibəsində həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə “Şot” (Shot) Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Alferov 2024-cü ilin aprelində ekstremizm ittihamı ilə məsuliyyətə cəlb edilib, istintaqdan və həbsdən canını qurtarmaq üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur olub.

Alferovun meyiti Kemerovaya aparılıb.