Bu vilayət Rusiyanın tərkibinə daxil ediləcək

Bu vilayət Rusiyanın tərkibinə daxil ediləcək
Dünya 11 May 2022 15:09

Rusiya tərəfindən təyin edilmiş Xerson hərbi-mülki administrasiyasının qondarma orqanları Rusiya Prezidenti Vladimir Putindən Xerson vilayətinin Rusiyanın tərkibinə daxil edilməsini xahiş edəcəklər.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Xerson hərbi-mülki administrasiya rəhbərinin müavini Kirill Stremousov deyib.

“Xerson şəhəri Rusiyadır, Xerson vilayətinin ərazisində heç bir “xxr” (“Xerson xalq respublikası” - red.) yaradılmayacaq, referendum keçirilməyəcək. Bu, vahid fərman olacaq. Xerson vilayətinin rəhbərliyi Rusiya Prezidentinə müraciət edəcək ki, bölgə Rusiyanın tamhüquqlu ərazisinə daxil edilsin”, - o bildirib.