Fransada məktəbli avtobusu qəzaya uğradı! Ölən və yaralananlar var

Fransada məktəbli avtobusu qəzaya uğradı! Ölən və yaralananlar var
SİYASƏT 30 Yanvar 2025 15:34

Fransanın Eure-et-Luara əyalətində avtobusun qəzaya uğraması nəticəsində ilkin məlumatlara görə, bir tələbə ölüb, çoxlu sayda insan yaralanıb.

Sitat.info xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, orta məktəb şagirdlərini daşıyan avtobus Eure-et-Luara əyalətinin Şatodu şəhəri yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumatlara görə, qəzada bir lisey şagirdinin öldüyünü, 31-i orta məktəb şagirdləri olmaqla çoxlu sayda insanın yaralandığını açıqlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və 6 xilasetmə maşını göndərilib, zərərçəkənlərə və onların yaxınlarına dəstək olmaq üçün sağlamlıq və psixoloji dəstək bölməsi yaradılıb.

Səid,

Sitat.info