Trampın Putinə çevrildiyi suvenir dollarlar satışa çıxarıldı

Trampın Putinə çevrildiyi suvenir dollarlar satışa çıxarıldı
Gündəm 25 Yanvar 2025 15:45

Rusiyanın bazarlarında ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin təsvir olunduğu suvenir dollarlar satışa çıxarılıb.

Sitat.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Əsginasların bir tərəfində Tramp təsvir olunub. Satıcının sözlərinə görə, əgər bu tərəfə ultrabənövşəyi şüalar düşərsə, Putinin portreti görünəcək.

Suvenirin arxa tərəfində ABŞ prezidentinin Pensilvaniyada mitinq zamanı, sui-qəsddən sonra səhnəni tərk etdiyi fotosu var. Əgər həmin görüntüyə də ultrabənövşəyi şüalar düşərsə, Rusiya liderinin tribun arxasında dayanan təsviri görünəcək.