5 tələbə qız tortdan zəhərləndi

5 tələbə qız tortdan zəhərləndi
HADİSƏ 22 Yanvar 2025 12:03

Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.

Onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.

Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.  

Faktla bağlı araşdırma aparılır.