Xalq artisti yenidən reanimasiyaya yerləşdirildi

Xalq artisti yenidən reanimasiyaya yerləşdirildi
Gündəm 21 Yanvar 2025 13:09

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, yenidən reanimasiyaya yerləşdirilib.

Bu barədə “Report”a aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, atasının müalicəsi hazırda reanimasiya şəraitində davam etdirilir, vəziyyəti ağır-stabildir.

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.