Türkiyə XİN 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib

Türkiyə XİN 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
SİYASƏT 20 Yanvar 2025 10:05

Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.

Sitat.info xəbər verir ki, paylaşımda deyilir:

“20 Yanvar 1990-cı ildə müstəqillik uğrunda şəhid olan qardaş Azərbaycanın qəhrəmanlarını sayğı və rəhmətlə anırıq”.