Gürcüstanın yeni XİN rəhbəri Bakıda - Fotolar

Gürcüstanın yeni XİN rəhbəri Bakıda - Fotolar
SİYASƏT 16 Yanvar 2025 16:04

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfər edib.

Sitat.info  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

Xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarını qarşılayıb.

Daha sonra tərəflər arasında təkbətək görüş keçirilib.

Qeyd edək ki, M.Boçorişvili 2024-cü ilin noyabrından Gürcüstanın XİN rəhbəridir.