Bu şəxslərə 1500 manat pul mükafatı veriləcək

Bu şəxslərə 1500 manat pul mükafatı veriləcək
İQTİSADİYYAT 15 Yanvar 2025 12:01

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.

Xüsusi pul mükafatının məbləği 1500 manatdır.

Xüsusi pul mükafatı yalnız ölkə lideri İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.

Könüllülər şəxsiyyət vəsiqələri ilə istənilən "Kapital Bank" filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.\\"Unikal"