SON DƏQİQƏ: Moskvadan qalxan təyyarə Bakının üzərindən TƏCİLİ GERİ DÖNDÜ - FOTO

SON DƏQİQƏ: Moskvadan qalxan təyyarə Bakının üzərindən TƏCİLİ GERİ DÖNDÜ - FOTO
HADİSƏ 11 Yanvar 2025 20:34

Moskvadan gələn təyyarə Bakının üzərindən təcili geri dönüb.

Moskvanın "Vnukovo" hava limanında "UTair" aviokompaniyasına aid Moskva-Dubay reysi üzrə uçan təyyarə eniş edib.

"UTair"dən verilən məlumata görə, təyyarənin təcili geri dönməsinin səbəbi "hidravlik mayenin səviyyəsinin dəyişməsi" olub.

"Flightradar24" xidmətinin məlumatına görə, təyyarə Bakının yaxınlığında dönərək, geri Moskvaya yönəlib. Təyyarənin göyərtəsində 240 sərnişin olub.