Husilər Təl-Əvivə PUA-larla hücum etdi

Husilər Təl-Əvivə PUA-larla hücum etdi
Gündəm 10 Yanvar 2025 18:22

Yəmən husiləri Təl-Əvivə PUA ilə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“Yəmən qüvvələri 3 ədəd PUA ilə Təl-Əvivdə bir neçə düşmən hədəfinə hücum edərək əməliyyat keçirib. Pilotsuz təyyarələr məqsədlərinə uğurla nail ola bilib”, - o bildirib.