Dəm qazından boğulub öldü

Dəm qazından boğulub öldü
HADİSƏ 09 Yanvar 2025 09:56

Dünən Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, 1953-cü il təvəllüdlü Məmmədov Rəşid Xeyrulla oğlu 26-cı məhəllədə yaşadığı evdə dəm qazından boğulub. Belə ki, o, ikigözlü qaz peçinin yanılı vəziyyətdə qalması səbəbindən zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.