Gürcüstanda matəm günü elan olundu - Səbəb

Gürcüstanda matəm günü elan olundu - Səbəb
Gündəm 08 Yanvar 2025 20:24

Gürcüstanda yanvarın 9-u matəm günü elan olunub.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərarda bildirilib.

Qeyd olunur ki, qərar Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həlk olması ilə bağlıdır.