Ukrayna münaqişəsinin asan həlli yoxdur - Makron

Ukrayna münaqişəsinin asan həlli yoxdur - Makron
Dünya 06 Yanvar 2025 17:40

Kiyev mövcud reallıqlar əsasında münaqişəni həll edərkən ərazi məsələlərini müzakirə etməlidir.

Sitat.info xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Ukrayna münaqişəsinin sadə və asan həlli ola bilməz. Kiyevin iştirakı olmadan da Ukraynada sülh təşəbbüsləri ola bilməz və Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyi təmin edilə bilməz”, - Makron bildirib.