Bakıda maşın yoldan çıxaraq radar dirəyinə çırpıldı -

Bakıda maşın yoldan çıxaraq radar dirəyinə çırpıldı -
Gündəm 03 Yanvar 2025 17:15

Bakı şəhəri, Zabrat qəsəbəsində "Mersedes-Benz" markalı avtomobil yoldan çıxaraq qəza törədib.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək radar dirəyini aşırıb.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə yanvar ayının 2-də baş verib.

Faktla bağlı araşdırma aparılır.