"Çelsi"nin futbolçusu "Fənərbağça"da çıxış edə bilər

\"Çelsi\"nin futbolçusu \"Fənərbağça\"da çıxış edə bilər
İdman 03 Yanvar 2025 13:47

İngiltərə təmsilçisi "Çelsi"nin müdafiəçisi Aksel Disasi Türkiyənin "Fənərbağça" klubunda çıxış edə bilər.

Sitat.info  "Sözcü" nəşrinə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər"in baş məşqçisi Jose Mourinyo 26 yaşlı oyunçunu diqqət mərkəzində saxlayır.

İstanbul klubu qış "transfer pəncərəsi"ndə keçidi həll etməyə çalışacaq.

Qeyd edək ki, Aksel Disasi "Çelsi"yə 2023-cü ilin avqust ayında "Monako"dan keçib.