Azərbaycanda istehsal olunan avtobuslar ƏDV-dən azad edildi

Azərbaycanda istehsal olunan avtobuslar ƏDV-dən azad edildi
İQTİSADİYYAT 01 Yanvar 2025 18:59

Bu gündən Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətinə ƏDV-dən azad edilib.