Bakıda 61 yaşlı piyadanı maşın vurdu: Hadisə yerində öldü

Bakıda 61 yaşlı piyadanı maşın vurdu: Hadisə yerində öldü
HADİSƏ 27 Dekabr 2024 09:33

Bakıda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində Yadigar Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 1963-cü il təvəllüdlü Solmaz Rzayevanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.