Bakının "4-cü mikrorayon” dairəsi yaxınlığında yanğın

Bakının \"4-cü mikrorayon” dairəsi yaxınlığında yanğın
Gündəm 23 Dekabr 2024 18:44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Sitat.info xəbər verir ki, bu barədə Axar.az-a FHN-dən bildirilib.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Əlavə məlumat veriləcək.