1028-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1028-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Dünya 17 Dekabr 2024 18:40

Rusiya müharibənin 1028-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 650 təyyarəsi, 283 helikopteri, 37 867 PUA-sı, 590 zenit-raket kompleksi, 19 827 tank və digər zirehli texnikası, 1 501 reaktiv yaylım atəş sistemi, 19 738 artilleriya və minaatanı, 29 286 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.