26 yaşlı qız dəm qazından boğularaq öldü

26 yaşlı qız dəm qazından boğularaq öldü
HADİSƏ 07 Dekabr 2024 19:15

Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.