Sahibə Qafarova: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır

Sahibə Qafarova: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır
SİYASƏT 07 Dekabr 2024 12:40

AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Onun sözlərinə görə, parlamentlərin bugünkü fəaliyyətinə uzun illərdir formalaşmış parlamentarizm ənənələrinin təsiri böyükdür:

"Bu ənənəyə misal olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsini qeyd etmək olar".

Spiker hazırda bəzi ölkələrin parlamentlərinin hansısa siyasi qüvvələrdən təsirlənməsindən təəssüfləndiyini bildirib:

“AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı böhtan xarakterli iş aparır, ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bunun səbəbi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müstəqil siyasət yürütməsidir”.