Serbiyanın AB-yə daxil olmasına icazə verilmədi

Serbiyanın AB-yə daxil olmasına icazə verilmədi
Dünya 05 Dekabr 2024 20:30

Avropa Birliyi (AB) Rusiyaya görə Serbiyanı təşkilata üzvlüklə bağlı danışıqların növbəti mərhələsinə buraxmayıb.

Sitat.info xəbər verir ki, bu barədə Serbiyanın "RTS" dövlət kanalı məlumat yayıb.

Baltikyanı və Skandinaviya ölkələri, həmçinin Niderland Serbiya ilə danışıqların davam etdirilməsinə qarşı çıxıblar. Onlar hesab edirlər ki, Belqrad Aİ standartlarına uyğun siyasət aparmır, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.