Bakıda "Honda" səkiyə çırpıldı: Piyada son anda xilas oldu - Anbaan görüntülər

Bakıda \"Honda\" səkiyə çırpıldı: Piyada son anda xilas oldu - Anbaan görüntülər
HADİSƏ 07 Dekabr 2024 11:53

Bakıda "Honda" markalı avtomobil səkiyə çırpılıb. Hadisə Nəsimi rayonu, Neftçilər prospektində baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Sitat.info" ya bildirilib.

Videoda "Honda" markalı avtomobil səkiyə çırpılaraq, aşdığı görünür. Xoşbəxtlikdən piyadanı vurmayıb.

Piyada ayıq davranaraq təhlükədən qaça bilib.

Qəza səbəbindən 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Yol polisi əməkdaşları tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub.

Hadisənin videosunu təqdim edirik:

 

 

Bakıda \"Honda\" səkiyə çırpıldı: Piyada son anda xilas oldu - Anbaan görüntülər Bakıda \"Honda\" səkiyə çırpıldı: Piyada son anda xilas oldu - Anbaan görüntülər