Mikayıl Cabbarov BƏƏ-li həmkarı ilə görüşdü

Mikayıl Cabbarov BƏƏ-li həmkarı ilə görüşdü
İQTİSADİYYAT 20 Noyabr 2024 19:00

"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini ölkəmizdə qarşılamaqdan məmnun olduq".

Sitat.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında məlumat verib:

"Yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, bərpaolunan enerji layihələri çərçivəsində uğurlu tərəfdaşlıq, biznes və ticarət əlaqələrinin genişləndirilməsi, rəqəmsal həllər üzrə birgə fəaliyyətin gücləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük".