Ünvanlı sosial yardım alanlara ŞAD xəbər: Gələn ildən ehtiyac meyarı ARTIRILIR

Ünvanlı sosial yardım alanlara ŞAD xəbər: Gələn ildən ehtiyac meyarı ARTIRILIR
İQTİSADİYYAT 18 Noyabr 2024 12:09

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir.

Sitat.info xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir.

Məlumat üçün bildirək ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Sitat.info