Zelenskiyə sülh lazım deyil - Medvedyev

Zelenskiyə sülh lazım deyil - Medvedyev
Dünya 03 May 2022 11:59

Vladimir Zelenskiyə sülh danışığı lazım deyil.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Sülh Zelenski üçün sondur. Ya nasistlər onu Moskva ilə razılaşdığı üçün asacaqlar, bu, tez ölüm olacaq, ya da müharibəni uduzan prezident kimi rəqibləri onu vəzifədən uzaqlaşdıracaqlar, bu da gec ölüm olacaq”, - Medvedyev bildirib.