İsrail aviasiyası Dəməşqin mərkəzini vurdu: 15 nəfər öldü

İsrail aviasiyası Dəməşqin mərkəzini vurdu: 15 nəfər öldü
Gündəm 14 Noyabr 2024 19:00

İsrail hərbi aviasiyası Suriyanın paytaxtı Dəməşqin mərkəzindəki Mazzeh bölgəsinə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, paytaxtın Qüdsiyyə rayonunda da yaşayış evinə zərbə endirilib.

İsrailin Dəməşqə zərbələri nəticəsində 15 dinc sakin həlak olub, onların arasında qadın və uşaqlar da var.

Bu barədə SANA agentliyinin məlumatında deyilir.