İkardi ciddi zədə aldı

İkardi ciddi zədə aldı
İdman 08 Noyabr 2024 14:16

“Qalatasaray”ın futbolçusu Mauro İkardi ötən gün Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə keçirilən oyunda ciddi zədə alıb. 

Sitat.info  xəbər verir ki, o, oyunun 83-cü dəqiqədə bud nahiyəsindən zədələnib.

Klubdan verilən açıqlamada bildirilib ki, MRT-də  onun çarpaz bağlarının qopduğu bildirilib. 

Buna görə də futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.