Salyan şosesində qəza olub, piyada vurulub

Salyan şosesində qəza olub, piyada vurulub
HADİSƏ 02 Noyabr 2024 21:24

Səbail rayonu, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətində Sitat.info-ya verilən məlumata görə, qəza səbəbindən Salyan şosesi istiqamətində avtomobil sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.