Ukrayna hərbçiləri ilk mövqelərini tərk etdi

Ukrayna hərbçiləri ilk mövqelərini tərk etdi
Dünya 22 Oktyabr 2024 16:03

Ukrayna hərbçiləri ölkənin Donetsk vilayətinin Kuraxovo kəndinin şərq kənarında ilk mövqelərini tərk ediblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələri məlumat yayıb.

“Kuraxovun şərqində düşmən (Ukrayna qüvvələri-red.) ilk mövqelərini tərk edib”, - məlumatda deyilir.

İddia olunur ki, Ukrayna qüvvələri cəbhənin bu hissəsində itkilər verir.