“Ukraynanın Əhməd Kadırov kimi lideri çatışmır”- Ramzan Kadırov

“Ukraynanın Əhməd Kadırov kimi lideri çatışmır”- Ramzan Kadırov
Dünya 29 Aprel 2022 09:48

“Əhməd Kadırov Çeçenistanı tamamilə məhv olmaqdan xilas etdi, Ukraynanın indi çatışmadığı elə bir liderdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün teleqram kanalında yazıb.

“Yalnız güclü və uzaqgörən bir lider bizi tam məhv olmaqdan xilas edə bildi - Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya qəhrəmanı Əhməd Kadırov. Məhz belə bir lider indi Ukraynada çatışmır”, - Kadırov əlavə edib.

Çeçenistan rəhbəri ümid etdiyini bildirib ki, “ukraynalılar özlərinə gəlib dövlətə nəzarəti öz əllərinə qaytaracaqlar”. Əks halda, Kadırovun sözlərinə görə, bu missiyanı Rusiya Prezidenti həyata keçirəcək.

  •