Oğurladığı pulları mərc oyunlarında uduzan qadın saxlanıldı

Oğurladığı pulları mərc oyunlarında uduzan qadın saxlanıldı
KRİMİNAL 19 Oktyabr 2024 17:52

Bakıda mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 min manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 yaşlı L.Babayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub".