ABŞ dövlət katibinin müavini Kiyevə gedib
ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ukraynaya səfər edib.
Sitat.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"ABŞ-nin etibarlı mülki təhlükəsizlik və humanitar dəstəyə sadiqliyini təsdiqləmək üçün Kiyevə gəlmişəm", - o bildirib.