Ukraynaya nə qədər hərbi yardım edilib? – Stoltenberq

Ukraynaya nə qədər hərbi yardım edilib? – Stoltenberq
Dünya 28 Aprel 2022 16:07

NATO müttəfiqləri Ukraynaya ən azı 8 milyard dollarlıq hərbi dəstək göstərib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO müttəfiqləri Ukraynaya dəstəyi gücləndiriblər və indiyə qədər Ukraynaya ən azı 8 milyard dollarlıq hərbi yardım vəd edilib və ya göstərilib. Və biz Ukraynaya dəstəyimizi daha da gücləndirməyin vacibliyini görürük”, - Stoltenberq bildirib.