İranın nüvə obyektlərinə hücum edilməsin! - Rusiya İsrailə xəbərdarlıq etdi
Rusiya İsraili İranın nüvə obyektlərinə hücum ehtimalına qarşı xəbərdarlıq edir. Bu fəlakət olar.
Sitat.info xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, dəfələrlə İsraili İranın] nüvə obyektlərinə və nüvə infrastrukturuna hücum ehtimalına qarşı xəbərdarlıq etmişik və xəbərdarlıq etməyə davam edirik. Bu, fəlakətli hadisə olardı.
Xatırladaq ki, oktyabrın 1-də axşam İslam İnqilabı Keşikçiləri Korpus Həmas, Hizbullah və SEPAH qruplarının yüksək səviyyəli liderlərinin öldürülməsinə cavab olaraq İsrailə qarşı kütləvi ballistik və hipersəsli raket hücumu həyata keçirib. Tehran raketlərin 90%-nin təyin olunmuş hədəfləri uğurla vurduğunu bildirib. İsrail də öz növbəsində İranın ölkəyə 180-ə yaxın raket atdığını və onların əksəriyyətinin zərərsizləşdirildiyini bildirib.
İsrailin Baş Qərargah rəisi İranı hücumla təəccübləndirmək üçün "doğru vaxtı seçəcəyinə" söz verib.
Nərgiz,
Sitat.info