Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
SOSİAL 12 Oktyabr 2024 12:23

Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru Günay Musayeva vəzifəsindən imtina edib.

“Sitat.info” Təhsil TV-yə istinadən xəbər verir ki, o, Xankəndiyə qayıdışdan sonra buraya gələrək Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində ibtidai sinif müəlliməsi olaraq çalışmağa başlayıb./"Qafqazinfo"